Avrokubok finalları "Youtube"da canlı yayımlanacaq

Çempionlar Liqası və Avropa Liqasının final matçları “Youtube”dan canlı yayımlanacaq.

Newsport.az-ın məlumatına görə, Böyük Britaniyanın “BT Sport” kanalının “Youtube” hesabı hər iki matçı heç bir ödəniş olmadan yayımlayacaq. Həmin qarşılaşmaları Rio Ferdinand, Stiven Cerrard, Qari Lineker, Oven Harqrivs, Stiv Makmanaman kimi məşhur futbolçular şərh edəcəklər.

Xatırladaq ki, iyunun 3-də ÇL-nin finalında "Yuventus" və "Real" üz-üzə gələcək. Mayın 24-də isə Avropa Liqasının final matçında "Mançester Yunayted" və "Ayaks" qarşılaşacaq.





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz