Türkiyə kubokunda ilk finalçı müəyyənləşdi

Türkiyə Kubokunda 2016/17 mövsümündə ilk finalçının adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, yarımfinalın ilk cavab görüşündə “Konyaspor”la “Kasımpaşa” üz-üzə gəlib. Konyada baş tutan qarşılaşma meydan sahiblərinin 2 - 0 hesablı qələbəsi ilə başa çatıb.

Konyalıların rəqibinin adına isə bu gün oynanılacaq matçda aydınlıq gələcək. İlk görüşdə 2:2 hesablı bərabərliyə razılaşan “Başakşəhər” ilə “Fənərbaxça” cavab görüşündə münasibətlərinə aydınlıq gətirəcəklər.

“Konyaspor” – “Kasımpaşa” – 2:0 (İlk oyun 2:3)

QOLLAR: Bayiç, 18 (pen.), 58

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right