"Yuventus"dan Rafael Ağayevə dəvət

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev İtaliyanın "Yuventus" klubundan dəvət alıb.

Newsport.az-ın məlumatına görə, bu barədə 32 yaşlı idmançının özü açıqlama verib. O bildirib ki, Rusiyanın paytaxtı Moskvada yaşayan köməkçisi İtaliya təmsilçisi əlaqə saxlayaraq, onun barəsində danışıb: "İngilis dilini bilmədiyim üçün bəzi işləri köməkçimə həvalə etmişəm. O, "Yuventus"un direktoruna bu klubun azarkeşi olduğumu söyləyib. Klub da məni İtaliyaya dəvət edib. Yaxın zamanda ora yollanaraq, formamı "Yuventus"a hədiyyə edəcəyəm. Muzeyləti ilə tanış olub, turistlərlə şəkil çəkdirəcəyəm".

"19 yaşım olanda karateni atıb, futbola keçmək istəyirdim. Sonradan fikrimi dəyişdim" deyə R.Ağayev əlavə edib.

Qeyd edək ki, Rafael Ağayev 5 qat dünya və 10 qat Avropa çempionudur. ("Report")

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right