Sabiq "Neftçi"li "Benfika" yolunda

"Benfika" cari mövsüm "Eştoril" klubunda çıxış edən Aylton Silvaya "elçi düşüb".

Newsport.az-ın məlumatına görə, bu barədə məşhur "A Bola" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, cari mövsüm Portuqaliya çempionu adını qazanan komanda 22 yaşlı müdafiəçinin transferində maraqlıdır. Artıq Lissabon klubu Ayltonun müqavilə ilə məxsus olduğu "Fluminense" klubu ilə danışaqlara start verib.

Qeyd edək ki, Aylton ötən mövsüm icarə əsasında "Neftçi"də çıxış edib. O, paytaxt klubunda 36 oyun keçirmişdi və 3 qol vurmuşdu. Cinah müdafiəçisi cari mövsüm "Eştoril"in heyətində 22 oyun meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right