Çin klubundan Obameyanqa fantastik təklif

Almaniya Bundesliqasında çıxış edən Dortmund “Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanqa Çindən fantastik təklif gəlib. 

Newsport.az-ın məlumatına görə, “Tianjin Quanjian” klubu qabonlu futbolçuya illik 50 milyon avro təklif edib. Həmçinin, Fabio Kannavaronun çalışdırdığı komanda “Borussiya”ya 80 milyon avro ödəyəməyə hazırdır.

Obameyanq cari mövsüm bütün turnirlər daxil olmaqla 44 oyuna 37 qol vurub və 5 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right