"Onun gəlişi mənə təkan verdi" - Nazarov

Millimizin və Almaniyanın “Aue” klubunun futbolçusu Dmitri Nazarov açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi yeni baş məşqçi – Domeniko Todeskonun gəlişi ilə əlavə güc qazandığını söyləyib: “Todeskonun gəlişi mənə təkan verdi. Hazırda özümü yaxşı hiss edirəm və çox çalışıram. O, bizim oyun sistemimizi dəyişdi. Meydanda mənə azadlıq verib. Paskal Kopke ilə çox gözəl anlaşıram. Məşqçimiz bizə rəqibi yaxşı analiz edir və qalib gəlmək üçün bizi ruhlandırır. Domeniko tez-tez mənimlə söhbət edir. Məqsədimiz “Aue”ni 2-ci liqada saxlamaq idi. Bunu son turda rəsmiləşdirmək üçün çalışacağıq”.

Nazarov Azərbaycan – Almaniya (1:4) matçında sonra diqqətləri özünə çəkməyi bacarıb. Bu haqda danışan futbolçu bunları söyləyib: “Valideynlərim mənimlə fəxr edirdi. Telefonum isə zənglərdən və gələn təbrik mesajlarından “partlayırdı”. Ailəm mənə hər zaman dəstək olur”. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right