Dieqo Maradona: "Birləşmiş Ərəb Əmirliklərinin övladıyam"

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fudjayra” klubunun yeni baş məşqçisi təyin edilən Dieqo Maradona açıqlama verib.

Newsport.az-ın məlumatına görə, argentinalı canlı əfsanəsi digər ölkələrdən də təklif aldığını söyləyib:

"Təkliflərim çox idi. Mən hər zaman demişəm ki, Birləşmiş Ərəb Əmirliklərinin övladıyam. Ümid edərim ki, Dubayda olduğu kimi, Fudjayrada da işim uğurlu alınacaq. Başqa ölkələrdən təkliflərim var idi. Rusiya və Qazaxıstandan da təklif almışdım. Ancaq mənim qəlbim BƏƏ-yə daha yaxındır. Burada ölkədə yaşamaq mənim ürəyimcədir. İmkanım olsaydı, heç vaxt BƏƏ-dən ayrılmazdım. Yeni işimdə var gücümlə çalışacam”.

Qeyd edək ki, Maradona sonuncu dəfə 2012-ci ildə Dubayın "Əl-Vəsl" klubunu çalışdırmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right