Çinlilər Lavezzinin ölkədən qovulmasını tələb edir

Çinin “Hebey Fortuna” klubunun argentinalı futbolçusu Ezekiel Lavezzi bu ölkədə tənqid obyektinə çevrilib.
 

Newsport.az-ın məlumatına görə, Lavezzinin diqqət mərkəzinə düşməsinə onun şəkil çəkdirərkən etdiyi hərəkət səbəb olub.

Klubun yaydığı şəkildə futbolçu “qıyıq göz” hərəkəti edib ki, bu, yerli əhali tərəfindən birmənalı qarşılanmayıb. Hətta onun ölkədən qovulması belə tələb edilib. Klub məsələylə bağlı hələ ki, heç bir açıqlama verməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right