La Liqanı tərk edən sonuncu komanda məlum oldu

La Liqanı tərk edən sonuncu - üçüncü komandanın adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, son iki matçda qələbəyə baxmayaraq, "Sportinq"in (Xixon) birinci diviziona düşəcəyi dəqiqləşib.

La Liqanın turnir cədvəlində 30 xalla 18-ci pillədə qərarlaşan komanda 17-ci yerdəki "Deportivo"dan 3 xal geridə qalır. "Sportinq" son turda qələbə qazansa, "Deportivo" uduzsa belə, Xixon təmilçisi şəxsi görüşlərin nəticəsinə görə (1:2, 0:1) yenə 18-ci pillədən qurtula bilməyəcək.

"Sportinq"lə yanaşı, "Qranada" və "Osasuna" da La Liqa ilə vidalaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right