Premyer Liqamıza gələcək futbolçu Super Liqa klubundan ayrılır

Yunanıstanın "PAS Giannina" klubunun futbolçusu Andi Lila karyerasını böyük ölçüdə Azərbaycanda davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, Albaniya yığmasının üzvü hazırkı komandası ilə müqavilə müddətini uzatmayacaq. Onun Super Liqa klubundan ayrılacağı dəqiqləşib. Albaniyalı yarımmüdafiəçi karyerasını ölkəmizdə davam etdirəcək. Linanın hansı komanda ilə danışıqlar apardığı isə açıqlanmayıb. 

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi peşəkar futbolçu karyerasına "Lesa" klubunda başlayıb. 2011-ci ildən "Pas Giannina"nın şərəfini qoruyan futbolçu 2015-ci ildə icarə əsasında İtaliyanın məşhur "Parma" klubunda top qovub. O, Albaniya millisi ilə ötən il Fransada təşkil olunan Avropa çempionatında da iştirak edib. Lina həmin turnirdə 2 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right