Şimali İrlandiya yığmasının heyəti açıqlandı

Şimali İrlandiya yığmasının Azərbaycan millisi ilə iyunun 10-da keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı öncəsi təlim-məşq toplanışına çağırılmış futbolçuların siyahısı açıqlanıb.
 
Newsport.az-ın məlumatına görə, siyahıda İngiltərənin səviyyəcə 4-cü sayılan "League Two" çempionatında çıxış edən "Akkrinqton Stenli" klubunun futbolçusu Şey Makkartan da var. 
 
Britaniyalıların baş məşqçisi Maykl ONil əvvəllər ölkənin aşağı yaş qrupları üzrə milli komandalarında çıxış etmiş 23 yaşlı hücumçunu bu dəfə əsas yığmada sınamağı qərara alıb. Makkartan isə hazırlıq prosesi zamanı İngiltərə Premyer Liqasında çıxış edən oyunçular arasında olacağını və yığmanın məşqçilər heyətində xoş təəssürat yaratmaq üçün səylə çalışacağını bildirib.
 
Ümumilikdə toplanışa 18 futbolçu dəvət alıb: 

Qapıçılar:  Maykl Makqovern ("Norviç"), Roy Kerroll ("Linfild"), Konor Hazard ("Seltik"), Konor Mitçell ("Bernli")

Müdafiəçilər: Rayan Maklaflin ("Oldhem Atletik"), Tom Flanaqan ("Berton Albion"),Daniel Lafferti ("Şeffild Yunayted"), Lük Makkallox ("Donkaster Rovers"), Konor Maklaflin ("Flitvud Taun"), Adam Tompson ("Sauzend Yunayted")

Yarımmüdafiəçilər: Oliver Norvud ("Brayton"), Metti Land ("Roçdeyl"), Stüart Dallas ("Lids"), Kollum Kamps ("Roçdeyl")

Hücumçular: Kayl Lafferti ("Norviç"), Coş Magennis ("Çarlton"), Ceymi Uord ("Nottingem Forest"), Şey Makkartan ("Akkrinqton Stenli")

Qeyd edək ki, Şimali İrlandiya millisi 22 - 25 mayda İngiltərənin Mançester şəhərində təlim-məşq toplanışında olacaq.Daha sonra  komanda iyunun 2-də Yeni Zelandiya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Azərbaycanla səfər oyunu isə iyunun 10-u saat 20:00-da başlayacaq.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right