"Monako" çempionluğa bir addım da yaxınlaşdı

Fransa I Liqasında 37-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, "Monako" doğma meydanında "Lill"i darmadağın edərək (4:0), çempionluğa bir addım da yaxınlaşıb.

PSJ isə səfərdə "Sent-Etyen"i darmadağın edərək (5:0), çempionluq uğrunda son turadək mübarizə aparacağını nümayiş etdirib.

Turnir cədvəlinə "Monako" başçılıq edir (36 oyun, 89 xal). PSJ isə "Knyazlıq klubundan 3 xal geri qalaraq, 2-ci pillədə qərarlaşıb (37 oyun, 86 xal).

"Monako" - "Lill" 4:0

Qollar: Falkao, 6; 69. Bernardo Silva, 45. Alonso, 89-avtoqol.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right