Budaq Nəsirov "Sportinq"də növbəti oyununu keçirdi

Portuqaliya Sequndasında 41-cı turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, 21 yaşlılardan ibarət milli komandamızın futbolçusu Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası da növbəti matçına çıxıb. 

Lissabon təmsilçisi doğma meydanında "Akademika"nı qəbul edib. Qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gəlib. "Sportinq" oyunda hesabda irəli çıxsa da üstünlüyünü qoruya bilməyib.

Budaq Nəsirov matçın 75-ci dəqiqəsində, matçda hesab 1:1 olarkən Gelsonun əvəzinə meydana daxil olub.

Qeyd edək ki, bu, Nəsirovun "Sportinq"in heyətində 20-ci oyunu olub. Geridə qalan matçlarda onun aktivində 1 qol var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right