Nazarovlu "Aue" vacib qələbə qazandı

Almaniya II Bundesliqasında 33-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Dimitri Nazarovun formasını geyindiyi “Aue” doğma meydanında “Kayzerslautern”lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü bu oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

"Aue" qələbə sayəsində II Bundesliqada qalmaq uğrunda mübarizədə böyük addım atıb. Domeniko Todeskonun rəhbərlik etiyi kollektiv 16-cı pillədəki "Münhen 1860" klubunu 3 xal qabalayır. "Aue" son turda "Fortuna"ya uduzmasa, II Bundesliqada qalacaq. 

“Aue” isə 39 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right