Yuri Syomin Nazarovun transferindən danışdı

“Lokomotiv”in baş məşqçisi Yuri Syomin Azərbaycan millisinin və Almaniyanın “Ertsqebirge Aue” klubunun futbolçusu Dmitri Nazarovu transfer edəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə,o, Rusiyanın TASS agentliyinə açıqlamasında deyib: “Bununla bağlı ilk dəfədir eşidirəm. Həmin xəbərlər doğru deyil”.

Qeyd edək ki, bu mövsüm Almaniya 2-ci bundesliqasında çıxış edən Nazarov 26 oyuna 9 qol vurub. Mövsümün sonu onun “Ertsqebirge Aue”ni tərk edəcəyi bildirilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right