“Qarabağ”ın danışıq apardığı futbolçudan liderə möhtəşəm qol

“Qarabağ”ın danışıq apardığı Tokelo Rantie Türkiyənin “Gənclərbirliyi” klubunun heyətində növbəti qolunu vurub.

Newsport.az-ın məlumatına görə, o, Superliqanın XXXI turu çərçivəsində lider “Başakşəhər”lə matçda fərqlənib.

İstanbulda baş tutan qarşılaşma “Başakşəhər”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı qonaqlar açıb. 27-ci dəqiqədə fərqlənən Rantie komandasını önə keçirib. Ancaq Ankara təmsilçisi üstünlüyünü sona qədər qoruyub saxlaya bilməyib. “Başakşəhər” fasilədən sonra 2 qol vuraraq, oyundan qələbə ilə ayrılmağa nail olub.

Rantienin adının “Qarabağ”ın transfer siyahısında olduğunu komandanın baş məşqçisi Qurban Qurbanov da təsdiqləmişdi.

Qeyd edək ki, CAR millisinin üzvünün "Gənclərbirliyi" ilə müqaviləsi gələn mövsümün sonunda başa çatır. 

 

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right