Ramil Şeydayevli "Jilina" 3 qolla qalib gəldi

Slovakiya çempionatında XXXI turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Jilina" bu turda doğma meydan son matçına çıxıb.

Çempionluğu təmin etmiş komanda evində “Senika” klubunu qəbul edib. 5 qolun vurulduğu qarşılaşmada “Jilina” 3:2 hesablı qələbə qazanıb.

Millimizin üzvü bu matçın da iştirakçısı olub. Oyuna start heyətdə başlayan gənc forvard 79-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Jilina” bu qələbə sayəsində xallarının sayını 67-ə çatdırıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right