Premyer Liqada aprel ayının ən yaxşıları məlum oldu

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusu və baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, "Tottenhem"in hücumçusu Son Hın Min və baş məşqçisi Mauriso Poçettino ötən ayın ən yaxşıları seçiliblər.

Cənubi koreyalı futbolçu cari mövsüm ikinci dəfə bu mükafata sahib çıxıb. 24 yaşlı oyunçu sentyabrda da ən yaxşı oyunçu adına layiq görülmüşdü.

Qeyd edək ki, Son apreldə 6 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right