"Yuventus" "Bavariya"nın futbolçusunu transfer etdi

"Yuventus" "Bavariya"nın futbolçusu Mehdi Benatianı birdəfəlik alıb.

Newsport.az-ın məlumatına görə, bu transfer üçün "Yuventus" Münhen təmsilçisinə qarşıdakı iki il ərzində ümumilikdə 17 milyon avro təzminat ödəyəcək. Benatia ilə  3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, mərakeşli futbolçu cari mövsümü icarə əsasında Turin klubunda keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right