Ədəbsiz jestə görə 1 oyunluq cəza verildi

“Beşiktaş”ın futbolçusu Anderson Taliska 1 oyunluq cəzalandırılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi qərar çıxarıb. Super Liqanın 30-cu turunda "Fənərbaxça” ilə oyunda (1 - 1) rəqib komandanın qapıçısı Volkan Dəmirələ orta barmağını göstərən 23 yaşlı yarımmüdafiəçi növbəti oyunu buraxacaq.

Qeyd edək ki, "Beşiktaş" növbəti oyununu səfərdə "Bursaspor"a qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right