“Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”da oynamaq fürsətim olsa, möhtəşəm olardı” - Sabiq "Qarabağ"lı

“Qarabağ”ın sabiq futbolçusu, hazırda Türkiyənin “Boluspor” klubunda forma geyinən Raydell Pupon açıqlama verib.

Newsport.az-ın məlumatına görə, hollandiyalı hücumçu türkiyəli azarkeşlər haqda danışıb: 

“Küçəyə çıxanda fanatlar siznlə şəkil çəkdirirlər. Türklər futbol mövzusunda çox çılğındırlar. Amsterdamda insanlar mənim futbolçu olduğumu bilirdilər, amma yanımdan sakit şəkildə keçib gedirdilər. Amma Boluda belə deyil. Maraqlanırlar, söhbət edirlər, imza alırlar və şəkil çəkdirirlər. Robin van Persi və Uesli Sneyder kimi ulduzların İstanbulda necə yaşadıqları mənim üçün maraqlıdı. Onlar olan böyük marağa görə, çox yerə gedə bilmirlər”.

29 yaşlı futbolçu Super Liqa haqda danışıb: “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” çox fərqlidirlər. Aşağı liqa klublarında da vəziyyət yaxşıdır, amma Super Liqa daha güclüdür. Aşağı liqadalarda azarkeşlər daha çoxdur. Biletlər də baha deyil. Cəmi üç avro. Tribunalarda isə qadınlar azdır. Boluda gəzəndə də qadınlara az rast gəlirəm. Hamısı evlərindədir”.

Pupon Türkiyənin “Böyük üçlük” klublarında oynamaq istədiyini bildirib: “Qarri Rodriqesi “Den Haaq”dan yaxşı tanıyıram. Daha sonra yollarımız ayrıldı. Yaşım 30-u keçməyib. Rodriqes hazırda “Qalatasaray”dadır. Onun hekayəsi adamı motivasiya edir. Əgər mənim də “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”da oynamaq fürsətim olsa, möhtəşəm olardı”.

Raydell Pupon bu mövsüm Türkiyə I Liqasında 31 oyunda 16 qol vurub. Puponun “Boluspor”la müqaviləsi 2018-ci ildə bitəcək.

Pupon 2015/16 mövsümünün ilk yarısını “Qarabağ”da keçirib və 15 oyuna 1 qol vurub.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right