Buffonla Prosineçkini müqayisə etdilər FOTOLAR

“Yuventus”un qapıçısı Canluici Buffon gündəmə bu dəfə futbol həyatına görə düşməyib.

 

Newsport.az xəbər verir ki, təcrübəli əlcək sahibi dünən şəxsi avtomobilində siqaret çəkərkən fotokameralara yaxalanıb.

 

Onun fotoları sosial şəbəkələrdə və yerli mətbuatda geniş müzakirə edilib.

 

İtaliya mediası ulduz qapıçını Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə müqayisə edib. Həmkarlarımız xorvatiyalı futbolçunu qolkiper üçün “nümunə” göstərib.

 

Canluici Buffonun siqaret çəkdiyini onun millidə və "Yuventus"dakı komanda yoldaşı olan Pablo Daniel Osvaldo açıqlamışdı: “Milli komandanın soyunub-geyinmə otağında tez-tez siqaret çəkirdim. Ancaq bunu tək etmirdim. Qapıçımız Canluici Buffon və baş məşqçimiz Çezare Prandelli də mənimlə siqaret çəkirdi”.

 

Ötən günlərdə isə Azərbaycan millisinin baş məşqçisi olan Robert Prosineçkinin İngiltərənin "Portsmut" klubunda birgə çıxış etdiyi keçmiş komanda yoldaşı Piter Krauç xorvatiyalının zərərli vərdişindən belə söz açmışdı: “Robert Prosineçki nadir hallarda dünyaya gələn futbol ustalarından biri idi. Ancaq o, heç də peşəkar insan deyildi. Robertin ən böyük dərdi siqaret idi. O, gün ərzində 2 qutu, təxminən 40 ədəd siqaret çəkirdi. Əslində, siqaret çəkmək qadağan idi. Buna baxmayaraq, Prosineçki bütün futbolçulardan üstün olduğunu sübut edirdi”.

 

Image may contain: 1 person

Image result for prosinecki smoking





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right