“Beşiktaş” Azərbaycana gələcək “Traktor Sazi” ilə qarşılaşacaq

Türkiyənin "Beşiktaş" klubunun yay hazırlıq planı məlum olub.
 

Newsport.az-ın məlumatına görə, İstanbul klubunun hazırlığı Asiya ölkələrində və ABŞ-da baş tutacaq.

"Qara qartallar" yeni mövsümə hazırlığın ilk mərhələsini Çində keçirəcək. Quandjao şəhərində keçiriləcək turnirdə "Volfsburq", "Şalke", "Atletiko" və Çin komandalarından bir neçəsi olacaq.

"Beşiktaş"ın Çindən sonra Azərbaycana gələcəyi bildirilir. "Qara qartallar"ın qışda da ölkəmizə gələcəyi, "Qarabağ"la yoldaşlıq oyunu keçirəcəyi və paytaxtımızda istanbul klubuna məxsus olan fan-şopun açılacağı barədə xəbərlər yayılsa da bu, baş tutmamışdı. 

"Beşiktaş" İran çempionatında çıxış edən Cənubi Azərbaycanın "Traktor Sazi" klubu ilə də qarşılaşmağı planlaşdırır. Dünyada ən çox türk azarkeşə sahib olan "Traktor Sazi" ilə oyun yayda ya da milli komandaların qarşılaşmaları zamanı yaranan fasilədə keçirilməsi planlaşdırılır.

"Qara qartallar" həmçinin, ABŞ və İndoneziyaya da səfər edəcək.

Son Türkiyə çempionunun Asiya hazırlığında əsas məqsədi azarkeş qazanmaqdır. "Real", "Atletiko", "Barselona", PSJ, "Bavariya", "Liverpul" və "Mançester Yunayted" kimi klublar da bu cür addım atmaqla azarkeş qazanırlar.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right