Renat Dadaşov dubl etdi, komandası 6 qolla qalib gəldi

Almaniya Cənub Gənclər Bundesliqasında XXVII turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Ayntraxt U-19" doğma meydanda "Offenbax"la qarşılaşıb. Matç meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətədə oyuna başlayan Dadaşov 9-cu və 26-cı dəqiqələrdə vurduğu qollarla qələbəyə töhfə verib.

Qeyd edək ki, bu oyundan sonra xallarının sayını 39-a çatdıran Frankfurt təmsilçisi turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right