Runidən ayrılıq iddialarına münasibət

"Mançester Yunayted"in ulduz futbolçusu Ueyn Runi komandadan ayrılacağı barədə iddialara münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, təcrübəli forvard "qırmızı şeytanlar"dan ayrılmaq istəmədiyini söyləyib: "Artıq 13 ildir "Mançester Yunayted"də çıxış edirəm. Komandada qalmaq istəyirəm. Baxmayaraq ki, bu mövsüm çox şans qazanmamışam. Amma komandama kömək etmək istəyirəm".

Qeyd edək ki, 31 yaşlı futbolçu 2004-cü ildə "Everton"dan "Mançester Yunayted"ə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right