Özil: "Rəhbərliklə görüşdən sonra qərar qəbul edəcəyik"

“Arsenal”ın ulduz futbolçusu Məsut Özil mövsümün sonunda komandadan ayrılacağı barədə xəbərlərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, Özil bütün suallara mövsümün sonunda aydınlıq gələcəyini söyləyib:

“Mən “Arsenal”da xoşbəxtəm. Müqaviləni uzatmaqla bağlı klub rəhbərliyilə görüşüb, qərar qəbul edəcəyik. Bu barədə çox düşünmürəm və narahat deyiləm. Əsas hədəfimiz Premyer Liqanı ilk dörd pillədə başa vurmaqdır”.

Özil bu mövsüm 29 oyundan sonra 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

28 yaşlı yarımmüdafiəçi 2013-cü ildən "topçular"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right