"İnter" baş məşqçisini qovdu

İtaliya A Seriyasında baş məşqçi istefası reallaşıb. 

Newsport.az-ın məlumatına görə, Milanın "İnter" klubu baş məşqçisi Stefano Pioli ilə yollarını ayırıb. Belə ki, bu gün klub rəhbərliyi iclas keçirib və son 7 oyunda qələbə qazana bilməyən komandada baş məşqçinin qovulmasına qərar verilib.

Klubun rəsmi saytında yer alan xəbərə görə, komanda çempionatın son 3 oyununa aşağı yaş qruplarının məşqçisi Stefano Veççinin rəhbərliyi altında çıxacaq. 

Qeyd edək ki, komandanın yeni baş məşqçisinin "Atletiko"da çalışan Dieqo Simeone olacağı gözlənilir. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right