FİFA DÇ-2026 kvotalarını təsdiqlədi

FİFA Şurası 2026-cı il dünya çempionatı üçün qitələr üzrə kvota bölgüsünü təsdiqləyib.
 
Newsport.az-ın məlumatına görə, həmin çempionatda ilk dəfə 48 ölkə 16 qrupda mübarizə aparacaq. Kvotalar belə bölünüb:
 
 
Avropa - 16 yığma
Afrika - 9,5
Asiya - 8,5
Şimali və Mərkəzi Amerika - 6,5
Cənubi Amerika - 6,5
Okeaniya - 1,5
 
Seçmə mərhələnin yekununda "pley-off" sistemi üzrə qitələrarası matçlar keçiriləcək. Nəticədə mundialın son 2 iştirakçısı müəyyənləşəcək.
 
Qeyd edək ki, hələlik DÇ-2026-ya yalnız ABŞ, Kanada və Meksika birgə ərizə verib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right