Millimizin üzvü: "Pulumu verin, akademiyada uşaqlarla da oynayaram"

Millimizin üzvü Dəniz Yılmazın “Bursaspor”un əsas komandasından uzaqlaşdırılmasının səbəbi bəlli olub.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı futbolçu “yaşıl timsahlar”ın rəhbərliyi ilə yaşadığı problemlərə görə əsas komandadan kənarlaşdırılıb.

“Bursa.com”un yaydığı xəbərə görə, forvard rəhbərlikdən uzun müddətdi ala bilmədiyi pulunu istəyib. O, klubun preziidenti Ali Ayla görüşdə “Mənim pulumu verin. Bundan sonra hara istəsəniz göndərə bilərsiniz. Gedib akademiyada uşaqlarla da oynaya bilərəm” – deyib. İddialara görə, Dəniz bu sözlərinin ardından klub rəhbərliyinin qərarı ilə qovulub.

Qeyd edək ki, millimizin üzvü bu mövsüm “Bursaspor”un heyətində 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right