Dieqo Kostadan Çin açıqlaması

Mövsümün sonunda “Çelsi”dən ayrılaraq Çinin “Tianjin Quanjian” klubuna gedəcəyi iddia edilirdi. Bu barədə məlumatı İngiltərə mətbuatı yaymışdı. Məlumata görə, Kostanın transferində Çin klubu “Çelsi” ilə razılığa gəlmişdi. Bu iddialara Dieqo Kosta münasibət bildirib.

Newsport.az xəbər verir ki, “DIRECTV Sports” kanalına danışan İsaniya millisinin üzvü bu məlumatı təkzib edib:

“Karyeramla bağlı qərarları özüm verirəm. Sizi əmin edə bilərəm ki, mən “Tianjin Quanjian” klubu ilə razılıq əldə etməmişəm”.

Qeyd edək ki, 28 yaşlı forvard bu mövsüm Premyer Liqada 33 oyuna 20 qol vurub və 6 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right