"Real"dan rəsmi transfer

Madrid “Real”ı transfer çalışmalarına start verib.

Newsport.az xəbər verir ki, “kral klubu” ilk transferini həll edib.

İspaniya nəhəngi müqavilə “Atletiko”ya məxsus olan Teo Hernandesi heyətinə qatıb. 19 yaşlı müdafiəçinin transferi “Real”a 30 milyon avroya başa gələcək.

Hernandes artıq yeni klubu üçün tibbi müayinədən də keçib. Bu barədə məlumatı “Alaves”in prezidenti Alfonso Fernandes verib. Hernandes Madrid klubunda illik qazancı 3,5 milyon avro olacaq. Sol cinah müdafiəçisinin transferindən sonra “Real”ın Fabio Koentrau ilə yolları ayıracaq.

Bu transferin həllindən sonra "Atletiko" azarkeşləri sosial şəbəkələrdə futbolçuya təzyiq ediblər. Hernandesin "Atletiko"nu "Real"a dəyişməsini azarkeşlər həzm edə bilmirlər.

Qeyd edək ki, Madrid “Atletiko”su Hernandesi “Alaves”ə icarəyə vermişdi. Gənc müdafiəçi “Alaves”də 36 oyuna 1 qol vurub və 4 məhsuldar ötürmə edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right