"Real"ın futbolçusu Toni Adamsı ələ saldı "Ofisiant, "koka-kola"

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adamsın çalışdırdığı "Qranada" klubu İspaniya La Liqasının 36-cı turunda Madrid "Real"ına 0:4 hesabı ilə uduzub.

 

Newsport.az xəbər verir ki, oyunun gedişində "kral klubu"nun yarımmüdafiəçisi İskonun Toni Adamsla zarafatı sosial şəbəkələrdə və mətbuatda geniş yayılıb. Belə ki, Toni Adamsı jilet geyindiyi üçün ofisianta bənzədən İsko "Ofisiant, mən "Koka-Kola" istəyirəm" deyərək zarafatlaşıb.

 

İskonun bu hərəkəti ehtiyatda əyləşən digər futbolçuların da gülüşünə səbəb olub.

 

Qeyd edək ki, Adamsın rəhbərlik etdiyi "Qranada" La Liqada yerini qoruya bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right