"Erkən qol bizə vəziyyəti dəyişməyə kömək edəcək" Jardim

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.

 

Newsport.az xəbər verir ki, "Monako" ilk oyunda doğma meydanda 0:2 hesabı ilə uduzduğu "Yuventus"un qonağı olacaq. Knyazlıq klubunun çalışdırıcısı Leonardo Jardim oyunöncəsi matçla bağlı fikirlərini bölüşüb:

 

"İlk oyunda istədiyimiz nəticəni qazana bilmədik Bu qarşılaşma çətin olacaq. İlk dəqiqələrdən hücuma atılmalı və qol vurmalıyıq. Erkən qol bizə vəziyyəti dəyişməyə kömək edəcək. Oyun ərzində yüksək səviyyədə çıxış etməliyik. Şanslarımız var və bunları sınayacağıq".

 

Qeyd edək ki, "Yuventus" - "Monako" matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right