Ufuk Budak oynadı, komandası qələbə qazandı

Türkiyə 1-ci liqasında 32-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budakın çıxış etdiyi "Manisaspor" klubu səfərdə "Balıkəsirspor"la qarşılaşıb. Ufukun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Start heyətdə meydana çıxan müdafiəçi 90 dəqiqə oynayıb.

Qeyd edək ki, "Manisaspor" hazırda 36 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right