Mbappe transferdən danışdı

“Monako”nun futbolçusu Kilian Mbappe komandadakı gələcəyi haqda açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Fransa mətbuatına danışan 18 yaşlı hücumçu hazırda “Monako” ilə çempion olmağı düşündüyünü söyləyib. Əlavə edib ki, gələcək karyerası haqda qərar vermək üçün qarşıda zamanı var:

“Komandamızla ortaq bir hədəfimiz mövcuddur. Bu mövsüm çempion olmaq istəyirik. Məni bu səviyyəyə çatdıran klubla çempionluq yaşamaq istəyirəm. O zamana qədər hər hansı bir şey məni narahat edə bilməyəcək. Gələcəyimlə bağlı qərar vermək üçün qarşımda 2 ay yarım vaxtım var. Buna görə də transfer söhbətləri mənə təsir etməyəcək”.

K. Mbappe bu mövsüm ümumilikdə 40 oyuna 24 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right