Advokatın yeni iş yeri rəsmən açıqlanacaq

Hollandiya millisinin yeni baş məşqçisi Dik Advokat olacaq.

Newsport.az-ın məlumatına görə,Hollandiya Futbol Federasiyası bununla bağlı çərşənbə günü rəsmi açıqlama yayacaq. 69 yaşlı mütəxəssislə 2017-ci ilin noyabr ayına qədər müqavilə imzalanacaq. Əgər komanda DÇ-2018-in final mərhələsinə vəsiqə qazansa, onunla müqavilənin müddəti artırılacaq.

Advokat mövsüm başa çatan kimi "Fənərbaxça"dan ayrılaraq millinin "sükanı arxası"na keçəcək. Onun köməkçisi Ruud Qullit olacaq.

Qeyd edək ki, Hollandiya DÇ-2018-in seçmə mərhələsində A qrupunda mübarizə aparır və 5 turdan sonra 7 xalla 6 komanda arasında 4-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right