"Kadis" Eddi İsrafilova ehtiyac duymur

İspaniya ikinci liqasında 37-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Kadis" doğma meydanda "Ximnastik"lə qarşılaşıb və bu görüşdən heç-heçə ilə ayrılıb - 0:0.

İsrafilov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

"Kadis" 37 turdan sonra 58 xalla 22 klub arasında 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right