Millimizin futbolçusu "Bursaspor"dan qovuldu

“Bursaspor”da forma geyinən millimizin futbolçusu Dəniz Yılmazın son oyunlarda iştirak etməməsinin səbəbi məlum olub.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı futbolçu və bir neçə təcrübəli oyunçu yeni baş məşqçi Adnan Örnək tərəfindən əsas komandadan uzaqlaşdırılıb. Həmin futbolçuların mövsümün sonunda “yaşıl timsahlar”dan ayrılacağı gözlənilir.

Baş məşqçi özü də “Rizəspor”a böyükhesablı (6:0) məğlubiyyətdən sonra çempionatın son oyunlarında gənc oyunçulara şans verəcəyini bildirib: “Təcrübəli futbolçular meydana çıxıb oynamayacaqlarsa, gənclərə şans verəcəm. Ən azından şərəflə oynayıb, şərəflə məğlub olacaqlar”.

Qeyd edək ki, Dəniz Yılmaz bu mövsüm “Bursaspor”un heyətində 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right