İstanbul derbisində son dəqiqə şoku: “Beşiktaş” özünü “vurdu”

Türkiyə Superliqasının XXX turu İstanbul derbisi ilə yadda qalıb.

Newsport.az-ın məlumatına görə, çempionatın lideri olan "Beşiktaş" doğma azarkeşləri önündə ən yaxın izləyicilərindən biri olan "Fənərbaxça"nı qəbul edib. 

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Oyunun gedişatında hesabda irəlidə olan “Beşiktaş” matçın son dəqiqəsində qol buraxaraq vacib qələbəni əldən verib. Məsələ burasındadı ki, oyunun əsas vaxtına artırılmış sonuncu, 4-cü dəqiqədə "qara qartallar"ın futbolçusu Marselo qapıların yerini səhv salıb və avtoqol müəllifi olub. 

Bu bərabərlikdən sonra “Beşiktaş” çempionatın bitməsinə 4 tur qalmış xalını 65-ə (30 oyundan sonra) yüksəldib. “İstanbul Başakşehir” 30 oyundan 63 xalla 2-ci, “Fənərbaxça” 57 xalla (30 oyun) 3-cü yeri tutur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right