“Spartak” çempion!

Rusiyada 2016/17 mövsümünün qalibinin adı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, “Spartak” növbəti dəfə ölkə çempionu olmağı bacarıb.

Moskva təmsilçisinin əsas izləyicilərindən olan “Zenit” bu gün öz meydanında “Terek”ə uduzub (0:1) və üçüncü pillədə qalıb. Beləliklə, çempionatın bitməsinə 3 tur qalmış 63 xalı olan lider “Spartak”la ikinci yerdəki SSKA (53 xal) arasında 10,  “Zenit” (52 xal) arasında isə 11 xal fərq yaranıb.

Qeyd edək ki, bu, “Spartak”ın 10-cu Rusiya çempionluğudur. Komanda son dəfə 2001-ci ildə yarışı birinci yerdə başa vurmuşdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right