Pavel Paşayev "fərqləndi", komandası qalib gəldi

Ukrayna çempionatında 28-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin müdafiəçisi Pavel Paşayevin komandası olan "Stal" doğma meydanda "Karpatı" ilə qarşılaşıb və bu görüşdən qələbə ilə ayrılıb - 2:1.

Oyuna start heyətdə başlayan Paşayev yenə 90 dəqiqə meydanda olub. O, 20-ci dəqiqədə sarı vərəqə də alıb.

Qeyd edək ki, "Stal" 28 turdan sonra 34 xalla ikinci altılıqda yer alan və elitada qalmaq uğrunda mübarizə aparan komandalar arasında 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right