Vüqar Əsgərov növbəti qolunu vurdu, zədələndi

Latviya birinci liqasında 4-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası olan "Olayne" doğma meydanda "Stayçeles Bebri" ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:1. 

Matça start heyətdə başlayan Vüqar 32-ci dəqiqədə komandasının bərabərlik qoluna imza atıb. Amma elə həmin dəqiqədə zədələn Əsgərov əvəzlənib.

"Olayne" 4 turdan sonra 9 xalla 14 komanda arasında 4-cü pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right