"Şaxtyor" 10 qat çempion oldu

"Şaxtyor" klubu tarixində 10-cu dəfə Ukrayna çempionu olub.
Newsport.az-ın məlumatına görə, bu, Premyer Liqada "pley-off" mərhələsinin 6-cı tur matçından sonra müəyyənləşib. 
Donetsk təmsilçisi Xarkovdakı "Metallist" stadionunda keçirilmiş görüşdə "Zarya"nı məğlub edib - 3:2. Bununla da xallarını 75-ə çatdıran "Şaxtyor" birinci pillədəki yerini təmin edib. İkinci pillədə gedən Kiyev "Dinamo"su liderdən 17 xal geri qalıb. "Zarya" isə 42 xalla 3-cüdür. 
Qeyd edək ki, Ukraynada ən çox çempionluğu "Dinamo" (15 dəfə) qazanıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right