Emin Mahmudov üçün 45 dəqiqə

Portuqaliya Premyer Liqasında XXXII tura start verilib.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Emin Mahmudovun komandası “Boavişta” da növbəti oyununu keçirib.

“Damalılar” “Nasional”ı qəbul edib. Tərəflər hərəyə iki dəfə fərqlənsələr də, matçda qalib müəyyənləşməyib. Emin matça start heyətində başlayıb və ilk hissə başa çatdıqdan sonra əvəzlənib.

Qeyd edək ki, 32 oyundan sonra aktivində 36 xal olan “Boavişta” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right