Ramil Şeydayev "Jilina"ya qələbə qazandırdı

Azərbaycan millisinin üzvü Ramil Şeydayev “Jilina”nın heyətində növbəti qolunu vurub.

Newsport.az-ın məlumatına görə, gənc hücumçunun qolu Slovakiya çempionatının XXX turunda “Mixalovtse” ilə görüşə təsadüf edib. Matça ehtiyat oyunçular skamiyasında başlayan forvard 74-cü dəqiqədə meydana daxil olub və bundan 10 dəqiqə sonra fərqlənib. Ramilin qolu matçda ilk və sonuncu olub.

Qeyd edək ki, bu, Ramilin “Jilina”nın heyətində rəsmi oyunlarda vurduğu 3-cü qol olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right