Budaq Nəsirov "Benfika"ya qarşı oynadı

Portuqaliya Sequndasında 40-cı turun oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, 21 yaşlılardan ibarət milli komandamızın futbolçusu Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası da növbəti matçına çıxıb. 

Lissabon təmsilçisi doğma meydanında "Benfika"nın B komandasının qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. "Sportinq" oyunda iki dəfə irəli çıxsa da üstünlüyünü qoruya bilməyib.

Budaq Nəsirov matçın son 82-ci dəqisəsində, matçda hesab 2:2 olarkən meydana daxil olub.

Qeyd edək ki, bu, Nəsirovun "Sportinq"in heyətində 19-cu oyunu olub. Geridə qalan oyunlarda onun aktivində 1 qol var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right