Maradona çalışdırmaq istədiyi komandanın adını açıqladı

“Napoli”nin əfsanəvi futbolçusu Dieqo Armando Maradona açıqlama verib.

Newsport.az-ın məlumatına görə, argentinalı keçmiş futbolçu Mauriso Sarrinin gedişi  baş tutsa, “Napoli”də baş məşqçi olmaq istədiyini dilə gətirib:

“Napoli”də baş məşqçi olmaq? Əgər şəhər sakinləri istəsə, niyə də yox? Amma öz problemlərimi həll etməliyəm. Onda sonra “Napoli”nin “sükanı arxası”na keçərəm. “Napoli”də yaxşı işlər görməliyik, çünki mən güclü komanda qurmaq istərdim. “Yuventus”, “Roma”, “İnter” və “Milan”la rəqabət aparmğı bacaran klub yaratmalıyıq”.

Qeyd edək ki, Maradona “Napoli”nin səfiridi. 56 yaşlı mütəxəssis 2008/10-cu illərdə Argentina millisini, 2011/12 mövsümündə isə BƏƏ-nin “Əl Vasl” klubunu çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right