“Neftçi” U-14 Liqasının qalibi oldu

Bu gün "Kapital Bank Arena"da keçirilmiş final oyunu ilə AFFA-nın U-14 Liqasının 2016/2017-ci il mövsümünə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, mövsümün son oyununda “Neftçi” və TİM (Gəncə) komandaları üz-üzə gəlib. 

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 1 qol vuran paytaxt təmsilçisi liqanın qalibi olub. Üçüncü yeri isə “Qəbələ” komandası tutub.

Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev və “Sumqayıt” klubunun baş meneceri Ceyhun Sultanov  təqdim ediblər.

TİM komandasının üzvü Ümid Səmədov 55 qolla liqanın ən məhsuldar futbolçusu olub. Kənan Kərimov isə (TİM) turnirin ən yaxşı oyunçusu seçilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right