Millinin futbolçusu dəlixanaya yerləşdirildi

“Everton”un futbolçusu Aaron Lennon dəlixanaya yerləşdirilib.

Newsport.az saytının məlumatına görə, Mançester polisi aprelin 30-da gələn zəngdən sonra yollandıqları ərazidə 30 yaşlı futbolçunu yolun kənarında tapıblar. Polislər Lennonu stressdən əziyyət çəkdiyini görərək dəlixanaya aparıblar.

Polisin yaydığı açıqlamada Lennonun streslə bağlı müalicə aldığı bildirilib.

Məlumatı Lennonun çıxış etdiyi "Everton" klubu da təsdiqləyib.

Qeyd edək ki, Lennon bu mövsüm 11 oyun keçirib. O, sonuncu dəfə fevralın 11-də "Midlzbro"ya qarşı oynayıb. Lennon 2006/13-cü illərdə İngiltərə yığmasının heyətində 21 qarşılaşmada meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right