Jardim: "Sərfəli nəticə qazanmağa çalışacağıq"

“Oyuna hazırıq. Bizi gərgin və maraqlı mübarizə gözləyir. Bu mərhələyə qədər gəlməyimiz tarixi uğurdur. Təbii ki, bunun davamını gətirmək istəyirik”.

Newsport.az-ın məlumatına görə, bu sözlər "Monako"nun baş məşqçisi Leonardo Jardimə məxsusdur. Knyazlıq klubu Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində doğma meydanında “Yuventus”u qəbul edəcək.

Portuqaliyalı mütəxəssis matçdan öncə keçirdiyi mətbuat konfransında fikirlərini belə izah edib:

“Öz meydanımızda diqqətli olmalıyıq. Rəqib shvləri bağışlamayan komandalardandır. Bundan öncəki oyunlarda “Mançester Siti” “Borussiya”ya səfərdə üç top vurmuşuq. İlk qarşılaşmada sərfəli nəticə qazanmağa çalışacağıq. Cavab matçında da qol vuracağımızı düşünürəm”.

Qeyd edək ki, "Monako" - "Yuventus" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right